10 iyul 2013 12:55
Xəzər Lənkəran jurnalistlər üçün avtobus ayırdı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin “Xəzər Lənkəran” – “Sliema” (Malta) cavab qarşılaşmasını işıqlandırmaq istəyən KİV nümayəndələrinin Lənkərana səfərini cənub klubu özü təşkil edəcək. Azerisport.az xəbər verir ki, bu barədə “Xəzər Lənkəran” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumatda bildirilir ki, jurnalistləri Lənkərana bütün rahatlığı olan xüsusi avtobus aparacaq. “Xəzər Lənkəran” tərəfindən ayrılmış avtobus sabah, iyul ayının 11-də saat 12:00-da, T.Bəhrəmov adına Respublika stadionun qarşısından Lənkərana yola düşəcək. Əlavə məlumat almaq istəyənlər klubumuzun mətbuat xidməti ilə əlaqə saxlaya bilərlər.
