11 iyul 2013 01:09
Azərbaycan finala çıxmaq üçün Omanla mübarizə aparacaq
Xəbər verdiyimiz kimi, hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirində Azərbaycan yığması 1/2 final mərhələsinə vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, komandamız 1/4 final oyununda Bəhreyn yığması ilə qarşılaşıb.
Oyunda hesabı Elnur Abdulov açıb. Lakin ardıcıl 2 qol vuran bəhreyni futbolçular üstünlüyə yiyələnib. Ruslan Qurbanovun fəqrlənməsi ilə hesabda tarazlıq yaranıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda Rəhman Hacıyevin vurduğu qol qarşılaşmada sonuncu olub və yığmamız yarımfinala yüksəlib.
Finala vəsiqə uğrunda oyunda yığmamızın rəqibi Oman komandası olacaq. Bu komandalar iyulun 12-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da qarşılaşacaq.
Digər yarımfinal oyununda isə İraqla Kot-Divuar üz-üzə gələcək.
