11 iyul 2013 01:13
Ruslan Əmircanov: Bakıdakı ilə müqayisədə daha yaxşı oynamalıyıq ki...
“İnter”in müdafiəçisi Ruslan Əmircanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiya “Mariehamn”ı ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mütləq qələbə qazanmaq lazımdı. Başqa çıxış yolumuz yoxdu. Rəqibimiz heç də adi komanda deyil. Əlimizə düşəcək hər qol şansından maksimum yararlanmalıyıq. Bakıdakından daha yaxşı oynamalıyıq ki, cütün taleyini əsas vaxtda həll edək”.