11 iyul 2013 01:24
Mariehamn - İnter oyununa 1500 bilet satılıb
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”i ilə Finlandiyanın “Mariehamn” klubları arasındakı cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu görüşə 1500 bilet satılıb.
Amma oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Qeyd edək ki, “Mariehamn” - “İnter” matçı 4200 azarkeş tutumuna malik “Wiklöf Holding Arena”da keçiriləcək.
