11 iyul 2013 23:52
İnter Mariehamna səfərdə qalib gəlib, mərhələ keçdi (YENİLƏNİB)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter” də növbəti oyununa çıxıb.
Komandamızın rəqibi Finlandiya təmsilçisi “Mariehamn” idi. Kağız üzərində rəqibindən xeyli güclü olan paytaxt klubu bunu meydanda da isbatlamağa çalışmalıydı. Baxmayaraq ki, “bankirlər” doğma divarlar arasında keçirilmiş ilk oyunda bunu sübut edə bilməmişdi və daha çox rəqibin işinə yarayan 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Bu üzdən də Kaxaber Sxadadzenin yetirmələri növbəti mərhələyə vəsiqənin taleyini indi rəqib meydanında həll etmək məcburiyyətində qalmışdı. Xoşbəxtlikdən komandamız çətin vəzifənin öhdəsindən səfərdə gələ bilib və iki cavabsız qolla qazanılan qələbə sayəsində adını ikinci təsnifat mərhələsinə yazdırıb.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
11 iyul
Mariehamn – İnter - 0:2 (0:1)
Qollar: B.Sxadadze, 21-pen, V.Cavadov, 86.
Baş hakim: Mervin Smit (Şimali İrlandiya)
Mariehamn. “Wiklöf Holding Arena”.
İlk oyun: 1:1
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
6. Liiskinin zərbəsi qapıdan yan keçir
15. Oyun daha çox mərkəzdə keçir və qapılar qarşısında təhlükəli vəziyyət yaranmır
16. Cavadovun zərbəsi qapıdan yan keçir
18. İaşvilinin qol vurmasına son anda Enkelman mane olur
19. Meydan sahibləri oyunda ilk korner vuruşunu yetirirlər. Komandamız müdafiədə diqqətlidi
20. Tompson cərimə meydançasında M.Alvaroya qarşı kobud oynadığı üçün hakim rəqib qapısına penalti təyin edir
21. QOOOOOOOOOOOOOOOOOOL! Sxadadze penaltini dəqiq yerinə yetirərək hesabı açır - 0:1
25. İaşvilinin qol vurmaq cəhdi yenə alınmır
28. Adlamın zərbəsini Lomaya tutur
30. Əmircanovun zərbəsi qapıdan yan keçir
31. "Mariehamn" iki ardıcıl kornerdən istəyinə çata bilmir
32. Braytın zərbəsi qapıdan yan keçir
33. "İnter" kornerdən yaxşı yararlana bilmir
35. Komandamız ev oyununa nisbətən daha yaxşı təsir bağışlayır
36. Sxadadzenin zərbəsi qapıdan yan keçir
38. İaşvilinin qol vurmasına yenə Enkelman mane olur
39. Adlam daha bir qeyri-dəqiq zərbəylə yadda qalır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Östlindin zərbəsi qapıdan yan keçir
52. Cavadovun hesab arasındakı fərqi artırmasına son anda Enkelman mane olur
53. Abatsiyev sarı vərəqə alır
60. "İnter" üstün oyun sərgiləməkdə davam edir
61. Amanini Viklöf əvəzləyir
62. "İnter" korner qazanır. İaşvilinin zərbəsi qapı tirindən dönür. Təkrar zərbə vuran futbolçumuz tapılmır
62. Növbəti korner vuruşumuz da uğursuz alınır
65. Finlərin növbəti korner vuruşu zamanı hər şey komandamız üçün yaxşı bitir
67. K.Brayt sarı vərəqə alır
69. Sxadadzenin zərbəsi qapıdan yan keçir
69. İaşvilini Şpiçiç əvəzləyir
73. Braytın zərbəsi qapıdan yan keçir
74. Zədələnən Sxadadzeni D.Genov əvəzləyir
75. Finlər daha bir korner qazanırlar. Liiskinin başla zərbəsi zamanı "İnter"i qapı tiri qoldan xilas edir
77. A.Mikelin uzaqdan zərbəsini Enkelman tutur
78. Əmircanovun cərimə zərbəsi də qapıçıda qalır
79. Alanzonun təhlükəli zərbəsi qapıdan yan keçir
86. QOOOOOOOOOOOOOL! Vaqif Cavadov komandasının ikinci qoluna imza atır - 0:2
90+2. Abatsiyevi İ.Ələkbərov əvəzləyir
Matç başa çatdı. "İnter" növbəti mərhələdə!
MARİEHAMN: 30. Peter Enkelman, 4. Rocer Tompson, 8. Yani Liiski (k), 15. Emil Andersson, 6. Pekka Lagerblom, 7. Rezqar Amani, 11. Tommi Virtanen, 16. Robin Östlind, 19. Alanzo Adlam, 90. Patrik Biskata, 23. Kris Brayt.
Ehtiyat oyunçular: 1. Otso Virtanen ,14.Mattias Viklöf, 3. Niko Kukka, 17. Petteri Yokihara, 28. Samuel Nordberg.
İNTER: 1. Georgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 9. Aleksandr İaşvili, 28. Baçan Sxadadze, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 25. Səlahət Agayev, 14. İlqar Ələkbərov, 15. Matiya Şpiçiç, 10. Daniel Genov, 91. Coşqun Diniyev, 6. Samir Zərgərov, 17. Ramil Mansurov.
