11 iyul 2013 21:51
Xəzər Lənkəran Avropa Liqasının növbəti mərhələsində! (YENİLƏNİB)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran” da növbəti oyununa çıxıb.
Komandamızın rəqibi Malta təmsilçisi “Sliema” idi. Kağız üzərində rəqibindən xeyli güclü olan Lənkəran klubu bunu meydanda da isbatlamağa çalışmalıydı. Baxmayaraq ki, səfərdə keçirilmiş ilk oyunda hesabı da məhz cənublular açsa da, sonda 1:1 hesablı heç-heçə ilə kifayətlənməli oldular. Con Toşakın yetirmələri cütün taleyini doğma azarkeşlərinin gözü qarşısında həll etməyə borcluydu. "Ağ-yaşıllar" çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gəlib və minimal hesablı qələbə ilə Avroliqanın ikinci təsnifat mərhələsinə vəsiqəni rəsmiləşdiriblər.
Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti mərhələdə Hayfa "Maccabi"si (İsrail) ilə qarşılaşacaq.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
11 iyul
Xəzər Lənkəran – Sliema - 1:0 (1:0)
Qol: R.Əmirquliyev, 29.
Baş hakim: Vim Smet (Belçika)
Lənkəran. Mərkəzi stadion.
İlk oyun – 1:1
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Oyunda ilk korneri qonaqlar qazansa da, Doblas topa sahib çıxır
6. XL hesabı açmağa çox yaxın olsa da, qapıçı ilə üz-üzə qalan Nildonun həlledici zərbəsi qapıdan azca yan keçir
12. Nildonun zərbəsini qapıçı tutur
14. Tounkaranın zərbəsi qapıdan aralı keçir
15. Nildo çox effektli qayçı zərbəsi vursa da, qapıçı inanılmaz reaksiya ilə topu kornerə çıxarır
16. Bonfim oyunda ilk sarı vərəqənin müəllifi olur
17. Qonaqların kornerinin qarşısını yenə Doblas alır
18. Barbetti əllə oyuna görə sarı vərəqə alır
19. Komandamızın korner vuruşu qol gətirmir
20. Qeyd edək ki, oyunu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullaye və "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov da var
25. Tounkaranı cərimə meydançasına daxil olmaq istərkən kobudluqla dayandıran Byankardi sarı vərəqə alır
27. Barbettinin uzaqdan zərbəsini Doblas tutur
28. Tounkaranın qapı önünə təhlükəli ötürməsini Nildo qolla tamamlaya bilmir
29. QOOOOOOOOOOOOOOOOOL! Orsuliçin sol cinahdan qapı qarşısına ötürməsini Rahid başla tora qovuşdurur - 1:0
31. Qonaqların korner vuruşu nəticəsiz qalır
37. Barbettinin təhlükəli zərbəsini Doblas tutur
38. Benuahinin zərbəsi çox pis alınır
39. Ohavuçi də kobud oyuna görə sarı vərəqə alır
41. XL daha bir korneri boşa verir
44. Nildonun daha bir qol vurmaq cəhdi boş qalır
45. Benuahi yenə zədələnir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. C.Muskatın zərbəsi qapıdan yan keçir
51. Tounkaranın təhlükəli zərbəsi qapıdan azca yan keçir
59. XL korner qazanır. Rahidin zərbəsini son anda Zammit qaytarır
60. Əmirquliyev sarı vərəqə alır
61. Qliqorovu A.Pit əvəzləyir
65. XL daha bir korner qazanır. Tounkaranın yekun zərbəsi dəqiq olmur
66. Benuahi qeyri-dəqiq zərbəylə yadda qalır
70. Laudisini Vuds əvəzləyir
70. Qonaqların korner vuruşu yenə nəticəsiz qalır
71. Muskatın zərbəsini Doblas dəf edir
72. Baldaççino Pitə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
75. XL topu daha çox özündə saxlamağa və yeni hücumlar təşkil etməyə çalışır
78. Orsuliç sarı vərəqə alır
80. Orsuliçin əvəzində meydana E.Abdullayev çıxır
84. C.Muskatı Çiliya əvəzləyir
85. E.Abdullayev meydana çıxandan az sonra qırmızı vərəqə almaqla yadda qalır. Rəqibə qarşı kobudluğu hakim bağışlamır
86. Nildonun zərbəsini son anda qapıçı tutur
88. Barbettinin uzaqdan zərbəsi qapıdan yan keçir
89. Benuahinin əvəzinə meydana A.Silva çıxır
90. Matçın əsas vaxtına daha 4 dəqiqə əlavə olunur
90+1. Bonfimin zərbəsini qapıçı kornerə çıxarır
90+2. Kornerdən heç nə çıxmır
Matç başa çatdı. "Xəzər Lənkəran" növbəti mərhələdə!
XƏZƏR LƏNKƏRAN: 30. Toni Doblas, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 11. Zohair Benuahi, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 23. Nikola Qliqorov, 27. Adrian Skarlatake, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 16. Adrian Pit, 55. Ağabala Ramazanov.
SLİEMA: 12. Qlen Zammit, 2. Aleks Muskat, 7. Con Mintoff, 8. Mark Skerri, 10. Stenli Ohavuçi, 11. Aryel Laudisi, 13. Klifford Baldaççino, 24. Paltemio Barbetti, 25. Matias Mukardi, 28. Cüzeppe Muskat, 33. Stefano Byankardi.
Ehtiyat oyunçular: 1. Henri Bonello, 3. Luka Martinelli, 14. İvan Vuds, 16. Trevor Çiliya, 27. Migel Kyantar.
