11 iyul 2013 22:53
Qarabağ Metallurga evdə də qalib gəlib, növbəti mərhələyə adladı (YENİLƏNİB)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da ilk oyununa çıxıb.
Komandamızın rəqibi Makedoniya təmsilçisi “Metallurg” (Skopye) idi. Kağız üzərində rəqibindən xeyli güclü olan Ağdam klubu vaxtilə məhz bu turnirdə məğlub etdiyi komandaya yenə eyni aqibəti yaşatmağa borclu idi. Hər halda səfərdə qazanılan 1:0 hesablı qələbə də Qurban Qurbanovun yetirmələrinin növbəti mərhələyə adlamağı üçün çox böyük şans yaratmışdı. Ağdam klubu doğma meydanda da minimal hesabla qalib gələrək, adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, komandamızın növbəti mərhələdəki rəqibi Polşanın "Piast" klubu olacaq.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
11 iyul
Qarabağ – Metallurg - 1:0 (0:0)
Qol: L.Corc, 85.
Baş hakim: Radek Matejek (Çexiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:0
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
5. "Qarabağ" hələ ki, rəqibi topsuz oynamağa məcbur edir
10. Komandamız hələ ki, ehtiyatlı oynayır və rəqib müdafiəsində boşluqlar axtarır
15. "Qarabağ" az qala hesabı açacaqdı. Vüqarin iti bucaq altından endirdiyi zərbəni qapıçı qaytarır. Təkrar zərbə vurmağa imkan tapan olmur
20. Oyunda ilk korneri qonaqlar yerinə yetiririlər. Hər şey komandamız üçün yaxşı başa çatır
24. Radoski oyunda ilk sarı vərəqə alan futbolçu olur
26. Təhlükəli hücum zamanı Almeydanın zərbəsi qapıdan aralı keçir
28. Komandamızın iki ardıcıl korner vuruşu qol gətirmir
34. "Qarabağ" daha bir korneri boşa verir
35. Medvedevin zərbəsi qapıdan yan keçir
40. Komandamız daha bir kornerdən istədiyi kimi yararlana bilmir
42. Krstevin zərbəsi qapıdan aralı keçir
45+1. Gelaşvilinin zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Metallurg" fasilədə iki dəyişikliyə əl atıb: Radeski ilə Şişkovu müvafiq olaraq Çurlinovla Maznov əvəzləyib
48. "Qarabağ" ardıcıl iki korner vuruşundan istəyinə çata bilmir
55. Komandamız hələ ki, rəqib müdafiəsini yara bilmir
56. Gelaşvili zədələndiyi üçün R.Sadıqov oyunu saxlamaq istərkən Krstev ondan topu oğurlayıb hücum qurur. Futbolçularımız təhlükəli hücumdan sonra topu uzaqlaşdıran kimi meydanda gərginlik yaranır. Hakim sonda Sadıqovla Krstevə sarı vərəqə göstərir
65. Meydanda o qədər də maraqlı oyun getdiyini demək olmaz. "Qarabağ" ehtiyatlı oynayır və rəqib müdafiəsində yaranan boşluqlardan yararlanmağa çalışır. Amma hələ ki, "Metallurg"un müdafiə xətti səhv buraxmır
68. Rəqib komandada son əvəzləmə: Simonovskini Georgiyevski əvəzləyir
69. Gelaşvili inanılmaz epizodu qaçırır. O, hesabı açmağa borclu idi
71. Maznovun zərbəsini Varvodiç tutur
74. Gelaşvili qapıçı ilə üz-üzə qalsa da, hesabı açmaq əvəzinə topu kənara vurdu... İnanılmaz!
79. "Qarabağ"da ilk dəyişiklik: N.Yusifovu L.Corc əvəzləyir
85. QOOOOOOOOOOOOOOOOOOOOOL!!!! Qurbanovdan qızıla bərabər əvəzetmə! L.Corc qapı qarşısına ötürməni qolla tamamlayır - 1:0
88. Gelaşvilini U.Kapolonqo əvəzləyir. Qeyd edək ki, bu, Kapolonqonun Ağdam klubunda debüt matçıdı
89. Peyevin zərbəsi dəqiq olmur
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Almeydanın cərimə zərbəsini qapıçı çətinliklə də olsa, tuta bilir
90+2. "Qarabağ"da son dəyişiklik. V.Nadirovu M.Səttarlı əvəzləyir
Matç başa çatdı. "Qarabağ" növbəti mərhələdə!
QARABAĞ: 89. Miro Varvodiç, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 24. Admir Teli, 14. Rəşad Sadıqov (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 17.Vüqar Nadirov, 20. Riçard Almeyda, 9. Reynaldo, 22. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 6. Hacı Əhmədov, 88. Ulrix Kapolonqo.
METALLURG: 1. Andrey Yefremov, 7. Blaqoyçe Lyamçevski, 15. Risto Mitrevski, 23.Martin Şişkov, 28. Sedat Berişa, 2. Aleksandr Dalçeski, 8. Oliver Peyev, 11. Vasko Mitrev, 20. Mile Krstev (k), 10. Marko Simonovski, 14. Maryan Radeski.
Ehtiyat oyunçular: 25. Aleksandr İqeski, 3. Boyan Georgiyevski, 19. Ninoslav Dodevski, 27. Lyubomir Stevanoviç, 17. Qoran Maznov, 22. Çvetan Çurlinov.
