10 iyul 2013 13:35

Benuahi: Lənkəranda uduza bilmərik

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Zohair Benuahinin azerisport.az saytına müsahibəsi
 
- Malta “Sliema”sı ilə cavab oyununa hazırlıqlar necə gedir?
- Hazırda cavab görüşünə fəal şəkildə hazırlaşırıq. Hər şey normaldı. Fikrimcə, oyun saatına qədər biz tam hazır ola biləcəyik.
 
- İlk oyunun nəticəsi azarkeşləri çox məyus etdi...
- 1:1 o qədər də pis nəticə deyil. Əlbəttə, biz də qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Müəyyən qədər bəxtsizlik sözünü dedi. Başqa amillər də vardı.
 
- Bu oyunda qələbə qazanmağınıza nə mane oldu ki?
- Bilirsiz ki, hazırlıq üçün çox vaxtımız yox idi. Ola bilər ki, bu, bəraət kimi görünsün. Amma hazırda məhz bu amil nəticəyə çox təsir etdi. Əminəm ki, cavab oyununda eyni səhvlərə yol verməyəcəyik. 1:1 hesablı rəqibdən çox bizə sərf edən nəticədi.
 
- Siz Maltadakı oyuna zədəli çıxmışdınız, oyundan sonra vəziyyətiniz daha da ağırlaşdı. Lənkəranda meydana çıxa biləcəksiz?
- İndi tam bərpa olmuşam və oynaya biləcəm. Baş məşqçinin necə qərar verəcəyini bilmirəm. Amma cavab görüşündə oynamağı çox istəyirəm.
 
- Lənkərandakı oyunda azarkeşləri üzməyəcəyinizə əminsiz?
- Biz Lənkəranda uduza bilmərik. Bu qarşılaşmada qalib gəlmək bizim üçün çox vacibdi. Növbəti mərhələyə layiqli şəkildə vəsiqə qazanmalıyıq. Güman edirəm ki, lənkəranlı azarkeşlər də bizi ilk dəqiqələrdən sonadək güclü dəstəkləyəcəklər.
 
- “Qarabağ”ın Makedoniya “Metallurg”u, “İnter”in Finlandiya “Mariehamn”ı ilə oyunlardakı şanslarını necə qiymətləndirirsiz?
- Hamımızın növbəti mərhələyə adlamaq şansı var. “Qarabağ”ın uğur qazanmaq şansı daha yüksəkdi. Çünki səfərdə qalib gəliblər. Amma ev oyununda heç-heçə etmiş “İnter”in də növbəti mərhələyə adlaması mümkündü. Bunun üçün sadəcə qələbə qazanmaq yetərlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.