11 iyul 2013 01:37
Qarabağda Admir Teli şoku (FOTO)
“Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniya “Metallurg”una qarşı keçirəcəyi cavab matçı öncəsi son məşqi xoşagəlməz məqamla başa çatıb. Azerisport.az xəbər verir ki, ağdamlıların əsas müdafiəçilərindən Admir Teliniin məşq zamanı barmağı çıxıb.
Bu azmış kimi, onun əlində ciddi zədə yaranıb. Bu üzdən həkimlər bir neçə tikiş atmalı olublar.
Qeyd edək ki, Telinin “Metallurg”la cavab matçında iştirakı sual altındadı.
