11 iyul 2013 00:50
Slavço Georgiyevski: Bakıdakı səhvləri təkrarlamaq olmaz
“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiya “Mariehamn”ı ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“İnter” “Mariehamn”dan daha güclü olduğunu isbatlamalıdı. Bizə Bakıdakı səhvləri təkrarlamaq olmaz. Finlərin güclü komandası var. Amma bizə bu komandanı məğlub etmək lazımdı”.
