11 iyul 2013 19:48
Neftçi son oyunundan da məğlub ayrıldı (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Neftçi” bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə Almaniyanın “Dinamo” (Drezden) klubu ilə görüşdə sınayıb.
Qarşılaşmada hesabı komandamız açıb. Amma matçın sonlarında iki qol vuran almanlar qələbə qazanan tərəf olublar.
Xatırladaq ki, “Neftçi” Avstriyada bundan öncə beş oyun keçirmişdi. “Ağ-qaralar” Rusiyanın “Volqa” klubuna 0:1, Almaniyanın “Energie Cottbus” komandasına 0:2 hesabıyla məğlub olub, Hayfa “Maccabi”si (İsrail) ilə görüşdə 0:3 hesablı yenilgi ilə üzləşib. Yeganə qələbəsinin Almaniyanın “Wacker Burghausen” komandası üzərində qazanan (3:0) təmsilçimiz son olaraq Rusiyanın "Terek" klubu ilə qolsuz heç-heçəyə razılaşıb.
Yoxlama oyunu
11 iyul
Neftçi - Dinamo - 1:2
Qollar: Nfor, 35 - Pote, 64, Susaç, 78.
Neftçi: Pavel Doroşev, Karlos Kardoso, Elvin Yunuszadə, Emin Mehdiyev, Slavik Alxasov, Erik Ramos, Tərlan Quliyev, Nicat Qurbanov, Cavid İmamverdiyev, Elşən Abdullayev, Ernest Nfor.
