11 iyul 2013 01:49
Pantiçli Bakı gündə üç məşq edir
“Bakı”nın Avstriyada təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, ötən günün proqramına əsasən komanda 3 məşq keçirib.
Öncə, səhər saatlarında oyunçular çəki nəzarətindən keçərək məşq meydançasına yollanıblar. Məşq “ağ-göylər”in isinmə hərəkətləri ilə başlayıb. Əsasən toplu hərəkətlərdən ibarət olan məşq zamanı iki qrupa bölünən futbolçular qısamüddətli bir oyun da keçiriblər.
Səhər məşqindən sonra komanda trenajor zalina yollanıb və burada fiziki təmrinləri yerinə yetirib. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi güclü yağış səbəbindən cəmi bir saat davam edib. Komanda üzvləri əsasən driblinq və zərbələr üzərində çalışıblar. Əfran İsmayılovla Rauf Əliyev səhər və axşam məşqlərində iştirak etməyiblər.“Bakı” yeni mövsümə hazırlıq prosesi çərçivəsində iyulun 11-də, saat 21:30 da “SV Penik” klubu ilə yoxlama oyunu keçirəcək.
