10 iyul 2013 14:09
Qarabağın rəqibi Bakıdadı
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq Makedoniyanın "Metallurg" klubu artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, Makedoniya klubu Skopye-İstanbul-Bakı reysi ilə paytaxtımıza təşrif buyurub.
Ağdam klubunun rəqibi viza almaqda problemlə üzləşsə də, onların bu problemi elə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında həll olunub.
Skopye təmsilçisi bu axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, "Qarabağ" - "Metallurq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Makedoniyada baş tutan ilk görüşdə ağdamlılar 1:0 hesablı qələbəyə sevinmişdilər.
