10 iyul 2013 15:22
Rəvanda daha bir müqavilə
Yeni mövsümə hazırlığı davam etdirən "Rəvan” heyəti gücləndirmək yolunda fəaliyyətini davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu dəfə heyətə yeni oyunçu qatmasa da, əsas oyunçulardan biri olan Lukaş Sapela ilə müqavilənin müddətini uzadıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 30 yaşlı qolkiper növbəti mövsümün sonuna kimi "aslan” olacaq.
Qeyd edək ki, daha öncə Şəhriyar Rəhimovla başa çatan müqavilə yenilənmiş, futbolçu ilə 2 illik razılıq əldə olunmuşdu. Bundan başqa, "Rəvan” bu yay artıq 5 transferi rəsmiləşdirib. Bunlar Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov, Bəxtiyar Soltanov və Novruz Məmmədovdu.
