10 iyul 2013 15:56
Tahir Süleymanov: Neftçi ÇL-in startına hazırdı
Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komandanın ötən gün Avstriyada Rusiya “Terek”inə qarşı keçirdiyi yoxlama oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Komanda yorğun olsa da, yaxşı oynadı. Böyükağa Hacıyevin rəhbərlik etdiyi məşqçilər korpusu “Neftçi”nin Çempionlar Liqasının startına hazır olduğunu hesab edirlər. Fikrimcə, komandamız iyulun sonunda özünün pik formasına qovuşacaq. “Skenderbeu” ilə oyunlara gəlincə, onları elə ilk qarşılaşmada məğlub etməliyik. Düzdü, rəqibə hörmətlə yanaşırıq. Lakin bizə inamlı qələbə lazımdı. Çünki növbəti mərhələdə bizi daha güclü klublarla mübarizə gözləyir”.