10 iyul 2013 16:08
Neftçi daha bir Almaniya klubu ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Neftçi” sabah sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama matçını keçirəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə Almaniyanın “Dinamo” (Drezden) klubu ilə görüşdə sınayacaq.
Qeyd edək ki, bu gün “ağ-qaralar”ın Rumıniyanın “Vaslui” klubu ilə görüşü nəzərdə tutulmuşdu. Amma paytaxt klubu ötən gün də oyun keçirdiyindən, məşqçilər korpusu bu matçdan imtina ediblər.
Xatırladaq ki, “Neftçi” Avstriyada artıq beş oyun keçirib. “Ağ-qaralar” Rusiyanın “Volqa” klubu ilə qarşılaşmada 0:1 hesabıyla məğlub olub, Almaniyanın “Energie Cottbus” komandasına 0:2, Hayfa “Maccabi”si (İsrail) ilə görüşdə 0:3 hesablı yenilgi ilə üzləşib. Yeganə qələbəsinin Almaniyanın “Wacker Burghausen” komandası üzərində qazanan (3:0) təmsilçimiz ötən gün də Rusiyanın "Terek" klubu ilə qolsuz heç-heçəyə razılaşmışdı.
