10 iyul 2013 16:27
Peter Enkelman: İnterlə ev oyununda daha yaxşı futbol sərgiləyəcəyik
Finlandiyanın “Mariehamn” klubunun qapıçısı Peter Enkelman Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın “İnter” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bakıda biz qələbə qazana bilmədik. Halbuki, səfər oyununda da çoxlu qol epizodları yaratdıq. Amma əminəm ki, evdə biz daha hücumameylli futbol sərgiləyəcəyik və yaxşı oynayacağıq. Növbəti mərhələyə adlamaq üçün çox yaxşı şansımız var”.