10 iyul 2013 17:03
Əli Gökdəmir Hannoverlə daha bir darmadağına sevindi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir Almaniyanın “Hannover” klubunun heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bundesliqa klubu yerli “SV Quitt Ankum” komandası ilə qarşılaşıb.
Görüş Gökdəmirin komandasının 16:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın üzvü 46-cı dəqiqədə oyuna qoşulub. Həmin vaxt hesab 13:0 olub.
