10 iyul 2013 17:20
“Biz Mariehamnı keçməyə sadəcə borcluyuq”
“İnter”in müdafiəçisi Brüs Abdulayın azerisport.az saytına müsahibəsi
- “Mariehamn”la cavab oyunundan nə gözləyirsiz?
- Fikrimcə, biz qələbə qazanmağa borcluyuq. Çünki hamı bizdən yalnız növbəti mərhələyə çıxmağı gözləyir.

- Rəqib ilk oyunda sizə hansısa sürpriz yaşatdı?
- Xeyr, heç bir sürprizlə üzləşmədik. Bilirdik ki, onlar necə oynamağı sevirlər. Çox təəssüf ki, buraxdığımız bircə səhv qolla nəticələndi. İndi rəqib meydanında hər şeyi həll etməyə borcluyuq.

- “İnter” növbəti mərhələyə adlamaq üçün səfərdə bir və ya bir neçə qol vurmalıdı. Sizcə, hücum xətti bu vəzifənin öhdəsindən gələ biləcək?
- Hər kəs qol vura bilər. Bunu yalnız hücumçulardan gözləmək düz deyil. Onlar sadəcə rəqib müdafiəsini daim təzyiq altında saxlamağa çalışmalıdılar. Bakıdakı oyunun ilk hissəsindəki kimi onamağımız lazımdı. Axı bizim nə qədər qol epizodumuz oldu!

- Avrokuboklarda ilk dəfə iştirak edən bir kluba uduzmaq qorxusu üzərinizdə təzyiq yaratmır?
- Xeyr. Şəxsən mənim üçün belə bir təzyiq yoxdu. Biz “Mariehamn” barədə yox, özümüzü düşünməliyik. “İnter” bu rəqibi keçməyə sadəcə borcludu. Əks halda heç nədənsə danışmağa da dəyməz.

- “Mariehamn”ın ikinci hissədə sizə bu qədər çətinlik yaşadacağını gözləyirdiniz?
- Aydın məsələdi ki, “Mariehamn” Bakıya uduzmağa gəlməmişdi. Onlar qol buraxan kimi, buna cavab vermək üçün əllərindən gələni etdilər. Biz oyundan sonra istirahət etmişik, səhvlərimizi analiz etmişik və başa düşürük ki, eyni şeylərin cavab matçında təkrarlanmasına yol verməməliyik.