10 iyul 2013 17:35
Skenderbeu Bakıya gələcəyi tarixi açıqladı
Albaniyanın “Skenderbeu” klubunun Bakıya gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan bu komanda iyulun 15-də təşrif buyuracaq.
Həmin gün axşam “Skenderbeu” “Bakcell Arena”da açıq məşqə çıxacaq.
Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” görüşü iyulun 17-də keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Albaniyada baş tutacaq.
