11 iyul 2013 22:46

Con Toşak: Xəzər Lənkəran tam hazır deyil

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltanın “Sliema” klubuna qarşı keçirilmiş cavab oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra öncə bunları dilə gətirib:
 
“Təsəvvür etdiyimiz kimi, oyun çətin alındı. Mövsümün əvvəlindəki oyunlar həmişə ağır olur. Rəqib sonadək mübarizə apardı. Birinci hissədə 4-5 qol vura bilərdik. Elə təkcə Nildo bir neçə qol vəziyyətini boşa verdi”.

Toşak Elnur Abdullayevin qırmızı vərəqə almasına da toxunub: “Maraqlıdı ki, qırmızı vərəqələri ancaq yerli futbolçularımız alır. Bu barədə düşünmək lazımdı”.
 
Uelsli mütəxəssis minimal hesabla qalib gəlsələr də, nəticədən razı olduğunu söyləyib: “Etiraf edim ki, nəticədən razıyam. Bax buna görə də üzüm gülür. Düzdü, 1:0 hesabı riskli idi. Buna görə uşaqların növbəti qolu da vuracağını gözləyirdim. Çünki ilk oyundakı nəticə təkrarlaan bilərdi”.

Toşak onu da etiraf edib ki, onun komandası hələ tam hazır deyil: “Komandamın çox qol vura bilməməsinin səbəblərindən biri odu ki, biz hələ hazır deyilik. Bizim qarşıda daha bir həftəmiz var. “Maccabi” (Hayfa, İsrail) ilə oyunlarda daha yaxşı çıxış etmək istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.