11 iyul 2013 11:07
“İnterin Mariehamnı nə iləsə təəccübləndirməsini gözləyirəm”
Finlandiyanın “Mariehamn” klubunun direktoru Peter Mattsonun azerisport.az saytına müsahibəsi
- İlk oyundakı heç-heçədən sonra “Mariehamn”ı cavab matçının favoriti saymaq olar?
- Deməzdim. Amma bu heç-heçənin sizin komandaya qətiyyən sərf etmədiyi dəqiqdi. “İnter” güclü komandadı. Lakin Bakıda qol buraxmamalıydı. Onlar əla oynadılar. Sadəcə, bizim vurduğumuz qol hər şeyi dəyişdi. Hətta komandanız ikinci qolu da vursaydılar, bizim futbolçular özlərinə inamı itirməyəckdilər. Məsələ burasındadı ki, komandamız bu cür hücumlara hazır idi. Mən deyərdim ki, indi şanslar bərabərdi.

- Amma təcrübə “İnter”in tərəfindədi...
- Bu, elə də vacib deyil. Komandamıza indi sadəcə qol vurmaq lazımdı. Müdafiədə diqqətli oynamağımız lazımdı. Çünki “İnter”in ilk dəqiqələrdən hücuma atılmaqdan başqa çıxış yolu yoxdu. Əgər bəxtimiz gətirsə, əks-hücumlarda qollar vura bilərik.
- Oyunun əlavə vaxta və penaltilərə getməsinə nə dərəcədə hazırsız?
- Düşünmürəm ki, hadisələr bu cür cərəyan etsin. Həlledici vaxtda qol vurmalıyıq. Çətin ki, bizi əlavə vaxt gözləsin. Hər şeyə 90 dəqiqə ərzində aydınlıq gətirmək lazımdı.

- Komandanızın qələbəsi sizin üçün sürpriz olacaq?
- Futbolda sürpriz olmur. Kim daha yaxşı hazırlıqlı olursa, o da qalib gəlir. Mən “İnter”in bizi nə iləsə təəccübləndirməsini gözləyirəm. Bunun üçün isə onlar Bakıdakından daha yaxşı oynamağa çalışmalıdılar. Fikrimcə, “Mariehamn”ın özünü yaxşı tərəfdən göstərməsi üçün imkanı olacaq.

- Proqnozunuz?
- Açıqlamaq istəməzdim. Sadəcə bir proqnoz vermək istərdim: “Mariehamn” sona kimi oynayacaq.