11 iyul 2013 23:21
“Qarabağa məğlubiyyətə layiq deyildik”
Makedoniyanın “Metallurg” klubunun baş məşqçisi Srcan Zaharyevski Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Biz bu gün Skopyedəkindən daha yaxşı oynadıq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Fikrimcə, məğlubiyyətə layiq deyildik. Amma “Qarabağ” qalib gəlməyi bacardı. Onlara növbəti mərhələdə uğurlar arzulayıram”.