11 iyul 2013 23:37
Qurban Qurbanov: İlk oyundan sonra demişdim ki, Bakıda işimiz daha çətin olacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Metallurg” klubuna qarşı keçirilmiş cavab oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Hələ ilk oyundan sonra demişdim ki, Bakıda işimiz daha çətin olacaq. Rəqibimiz sona qədər mübarizə apardı. Yaxşı ki, sonda qələbə qazanmağı bacardıq. İndi növbəti mərhələ barədə düşünmək lazımdı. “Metallurg”a yeni mövsümdə uğurlar arzulayıram”.
