11 iyul 2013 11:36
Finlandiya telekanalları İnterin oyununa maraq göstərmədi
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Mariehamn” – “İnter” matçına maraq çox zəifdi. Azerisport.az xəbər verir ki, bu qarşılaşma Finlandiya telekanalları tərəfindən canlı yayımlanmayacaq.
Bu üzdən bizim futbolsevərlər də təmsilçimizin çıxışını izləyə bilməyəcək.
Qeyd edək ki, “Mariehamn” – “İnter” matçı bu gecə saat 22:00-da start götürəcək.
