11 iyul 2013 12:03
Gökhan Gönül Azərbaycana gəlməyəcək
Futbol üzrə Türkiyə yığmasının və “Fenerbahçe” klubunun müdafiəçisi Gökhan Gönül Azərbaycana gəlməyəcək. Azerisport.az xəbər verir ki, onun komandası iyulun 21-də Lənkəranda “Xəzər Lənkəran”la yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Lakin təcrübəli müdafiəçi bu görüşü buraxmalı olacaq. Çünki o, əməliyyatdan sonra bərpa dövrü keçir və fərdi proqram üzrə hazırlaşır.. Bu üzdən də o, Lənkəran səfərini buraxmaq məcburiyyətində qalacaq.
