12 iyul 2013 00:07
İnterin rəqibi müəyyənləşdi
“İnter”in Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “bankirlər” üçüncü mərhələyə vəsiqə uğrunda Norveçin “Tromse” klubu ilə qarşılaşacaq.
“Tromse” səfərdə Sloveniyanın “Celje” klubunu 2:0 hesabı ilə yenib. Bu komandalar arasında Novreçdə baş tutan oyunda sloveniyalılar qələbə qazanmışdılar – 2:1. Ümumi nəticədə 3:2 hesablı qələbə qazanan “Tromse” mərhələ adlayıb.
Qeyd edək ki, “İnter” iki oyunun nəticəsinə görə Finlandiyanın “Mariehamn” klubunu mübarizədən kənarlaşdırıb – 1:1, 2:0.
