11 iyul 2013 12:24
AZAL dörd cavabsız qolla qalib gəldi
Növbəti mövsümün hazırlıqlarını davam etdirən AZAL yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Birinci Divizion təmsilçisi “Şuşa” ilə qarşılaşıb.
Görüş Vaqif Sadıqovun yetirmələrinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. “Təyyarəçilər” 4:0 hesabıyla qalib gəlib.
“Şuşa”nın qapısından qolları dubla imza atan Viktor İbekoyi, eləcə də Əziz Korniyanq və Con Oluremi keçirib.
