12 iyul 2013 00:28
Mariehamnın baş məşqçisi: Mən Abdulayın bizim oyunçunu necə sındırdığını unuda bilmirəm
Finlandiyanın “Mariehamn” klubunun baş məşqçisi Pekka Liiski Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyəti ilə bağlı bağlı bunları söyləyib:
“Çətin oyun oldu. Bizim rəqib qapısına yol tapmaq üçün bir neçə şansımız oldu. Amma bunlardan yararlana bilmədik. Biz rəqibə sadəcə qol vəziyyətlərini reallaşdırmaqda uduzduq. Onlar bu gün bizdən daha yaxşı oynadılar. Amma bütövlükdə komandamdan razı qaldım”.

Pekka Liiski yerli azarkeşlərin Brüs Abdulaya qarşı irqçi davranışlarından da danışıb: “O, ilk oyunda etdiyi hərəkətlərə görə bu cür reaksiya ilə qarşılandı. Mən Bakıdakı oyunda onun oyunçularımızı necə sındırdığını unuda bilmirəm. Hakim bu futbolçunu meydandan qovmağa borclu olsa da, heç cərimə zərbəsi də təyin etmədi. Biz artıq buna görə UEFA-ya şikayət etmişik. Amma onun necə nəticələnəcəyini bilmirəm”.