12 iyul 2013 00:41
Xəzər Lənkəran İsrailə nə vaxt gedəcək?
Avropa Liqasının birinci təsnifat mərhələsində Maltanın “Sliema” klubunu mübarizədən kənarlaşdıran “Xəzər Lənkəran” bu gündən hazırlıqlara başlayacaq. Azerisport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con Toşak məlumat verib.
Uelsli mütəxəssis bildirib ki, Hayfa “Maccabi”si ilə matçın hazırlıqlarına bu gündən başlayacaqlar. “Xəzər Lənkəran” İsrailə bazar günü – iyulun 14-də gedəcək.
Qeyd edək ki, “Maccabi” ilə oyun iyulun 18-də Hayfadakı “İtztadion Kiryat Eliezer” stadionunda keçiriləcək. Cavab matçı isə bir həftə sonra Lənkəranda baş tutacaq.
