12 iyul 2013 01:04
Tromsenin baş məşqçisi: Bizə Finlandiyaya getmək daha asan idi, nəinki Bakıya
Norveçin “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Celje” klubuna səfərdə qalib gəldikləri (2:0) oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ikinci təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşmalı olan norveçlilərin çalışdırıcısı bunları söyləyib:
“Hazırda biz hələ növbəti mərhələyə çıxmağımızı bayram edirik. Buna çox çətinliklə nail ola bildik. Bakı “İnter”i? Əlbəttə, bizə “Mariehamn”la oynamaq daha yaxşı olardı. Çünki Finlandiyaya getmək asan idi. Amma başqa çıxış yolumuz yoxdu”.