11 iyul 2013 13:25
Neftçinin Skenderbeu ilə səfər matçı polşalı hakimə həvalə olundu
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Albaniya "Skenderbeu"su ilə "Neftçi" arasındakı cavab matçının baş hakiminin adı açıqlanıb. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Korça şəhərində baş tutacaq oyunu polşalı referi Pavel Gil idarə edəcək.
Qeyd edək ki, "Skenderbeu" - "Neftçi" oyunu iyulun 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İlk oyun isə iyulun 17-də Bakıda keçiriləcək. 21:00-da başlayacaq qarşılaşmanı kiprli Leontis Trattu idarə edəcək.
