12 iyul 2013 01:53
“Çox şadam ki, Bakıdakı ilk oyunumda qol vurdum”
“Qarabağ”ın futbolçusu Leroy Corc Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Metallurg” klubuna qarşı keçirilmiş cavab oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Çox şadam ki, Bakıdakı ilk oyunumda qol vurdum. Çətin oyun idi. Amma biz azarkeşlərimizi sevindirməyi bacardıq”.
Qeyd edək ki, Corc ilk oyunda rəqib komandanın azarkeşləri tərəfindən irqçiliyə məruz qalmışdı. Bakıdakı oyunda qələbə qolunu vurmaqla o, makedoniyalı azarkeşlərə ən layiqli şəkildə cavab vermiş oldu.
