11 iyul 2013 13:55
Georgi Nikolov: Bizi ancaq qələbə qane edəcək
“İnter”in prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“İnter” ilk oyunda “Mariehamn”a qalib gələ bilərdi. Demək olar ki, bizim sadəcə bəxtimiz gətirmədi. Bəzi futbolçulara komandaya uyğunlaşmaq üçün hələ vaxt lazımdı. Səfər matçında bizi ancaq qələbə qane edir. Aydın məsələdi ki, “Mariehamn” evdə oynadığı üçün daha yaxşı təsir bağışlamağa çalışacaq. Amma bu, bizim ələ düşən şansları reallaşdırmağımıza mane olmamalıdı”.