12 iyul 2013 01:59
Azərbaycan klubu Udineseyə qalib gəldi
Gürcüstanın Batumi şəhərində çimərlik futbolu üzrə “Ajaria Gold Cup” beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan da iki klubla təmsil olunur.
A qrupunda mübarizə aparan “Azçiken” İtaliyanın “Udinese” klubu ilə üz-üzə gəlib. Komandamız rəqibini 6:3 hesabıyla məğlub edib.
B qrupunda yarışan “Bakı” isə Belarusun BATE klubuna uduzub – 2:3.
İkinci turda “Azçiken” Qazaxıstanın “Arman” klubu, “Bakı” isə Gürcüstan yığması ilə qarşılaşacaq.
