11 iyul 2013 14:10
İsgəndər Cavadov: Mariehamn normal komandadı, amma İnter onları keçə bilər
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov Bakı “İnter”inin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Komandamız ilk oyunda o qədər də yaxşı təsir bağışlamadı. Mənə elə gəlir ki, “İnter”in futbolçuları həmin oyunda sərgilədiklərindən daha çoxuna qadirdilər. “Mariehamn” normal komandadı. “İnter” onları keçə bilər. Azərbaycan təmsilçisi səfərdə evdəkindən daha yaxşı oynamalıdı. Hücumda çoxlu səhvlərə yol verirlər. Finlandiyadakı oyunda bunlar təkrarlanmamalıdı”.