11 iyul 2013 15:26
Azərbaycan klubları Udinese və BATE ilə üz-üzə
Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanın Batumi şəhərində çimərlik futbolu üzrə “Ajaria Gold Cup” beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan da bu turnirdə iki klubla təmsil olunur.
Bunlar “Bakı” və “Azçiken” komandalarıdı. “Azçiken” A qrupunda Türkiyənin “İzmir”, Ukraynanın “Ternopol” və İtaliyanın “Udinese” klubları ilə mübarizə aparacaq.
“Bakı” isə B qrupunda Belarusun BATE, Qazaxıstanın “Arman” klubları və Gürcüstan yığması ilə qarşılaşacaq.
“Azçiken” ilk turda “Udinese”, “Bakı” BATE ilə qarşılaşacaq.
