11 iyul 2013 14:26
Qarabağ oyun günü də məşq etdi
“Qarabağ” bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin Makedoniya “Metallurg”u ilə cavab oyunu öncəsi daha bir məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda hazırlıq keçib.
Baş məşqçi Qurban Qurbanov yetirmələrinə “Metallurg”a qarşı necə oynamaq lazım olduğunu əyani şəkildə başa salıb, komanda bu görüşdə istifadə edəcəyi taktiki gedişləri sınaqdan keçirib. “Qarabağ”ın hazırlığı yüngül qaçışla başa çatıb.
Qeyd edək ki, “Qarabağ” – “Metallurg” matçı bu gecə saat 21:00-da başlayacaq. Tərəflər arasındakı ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabıyla qalib gəlib.
