11 iyul 2013 14:52
Xəzər Lənkəranın Sliema ilə oyununa 5000 bilet satılıb
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la Maltanın “Sliema” klubu arasındakı cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu görüşə 5000-dən çox bilet satılıb.
Amma oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “İnter” matçı bu gün Lənkəran şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Arenanın azarkeş tutumu 15 000-di.
