11 iyul 2013 15:03
Fərid Quliyev AZAL-a da lazım olmadı
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyevin AZAL-a keçidi alınmayıb. Azerisport.az xəbər verir ki, bu futbolçu “təyyarəçilər”in yeni mövsümə hazırlığının ilk günündən etibarən toplanışda iştirak edirdi.
Quliyev hətta bir neçə sınaq matçına da çıxmışdı. Lakin baş məşqçi Vaqif Sadıqov onu bəyənməyib. Bu üzdən də futbolçu indi özünə yeni iş yeri axtarmaqdadı.
Qeyd edək ki, Fərid Quliyevin son klubu “Kəpəz” olub.
