12 iyul 2013 02:36
"Bakıda Metallurgdan belə oyun gözləmirdik"
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Makedoniya “Metallurg”una evdə də eyni hesabla (1:0) qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiz?
- Oyun biz gözlədiyimizdən də çətin alındı. Amma biz buna hazır idik. Xüsusilə də psixoloji cəhətdən yaxşı hazırlaşmışdıq. İstəyimiz kimi hücumlar təşkil edə bilmədik. Makedoniyalılar müdafiəni yaxşı qurmuşdular və qapıya yol tapmağımız çətin idi. Onlar bizi əks-hücumlarda yaxlamağa çalışırdılar. Allaha şükür ki, son dəqiqələrdə lazım olan qolu vura bildik və istəyimizə çatdıq.

- Bu qələbə Azərbaycana reytinq baxımından çox lazım idi...
- Biz başa düşürdük ki, “Metallurg”dan qol buraxsaq, bu, bizə baha başa gələ bilər. Buna görə də daha diqqətli oynayırdıq.
- İlk hissədə “Qarabağ”ın o qədər də inamlı təsir bağışlamaması nə ilə bağlı idi?
- Ola bilər. Bəlkə də ondan irəli gəlir ki, biz doğrudan “Metallurg”dan belə oyun gözləmirdik. Rəqibimiz Skopyedəkindən daha yaxşı oynadı. Onlar səfərdə bizə daha çox hücum etmək imkanı yaratdılar, nəinki Bakıda.

- İkinci hissədə rəqib futbolçularla aranızda nə baş verdi?
- Yaxşı ki, həmin anda topun qarşısına ayağımı qoya bildim. Oyunçumuz zədələndiyi üçün biz hamımız dayanmışdıq. Başa salmağa çalışırdım ki, topu meydandan çıxarmaq lazımdı. Amma həmin anda rəqib futbolçu topu alıb qol vurmaq istədi. Bu üzdən də arada narazılıq yarandı.

- Növbəti mərhələdəki rəqibiniz – Polşa “Piast”ı barədə nə bilirsiz?
- Düzünü deyim ki, hələ heç nə bilmirəm. Bütün diqqətimiz cavab görüşünə yönəlmişdi. Sabahdan etibarən polşalıları öyrənməyə başlayacağıq.