12 iyul 2013 02:53
Ufuk Budaq üçün üç yoxlama oyunu
Türkiyənin “Eskişehirspor” klubu iyulun 22-də bazasındakı hazırlıqlarını başa vuraraq Avstriyaya yola düşəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaqın şərəfini qoruduğu klub sözügedən ölkədə üç yoxlama oyunu da keçirəcək.
Əskişəhər təmsilçisi iyulun 26-də yerli “Wiener SK” ilə qarşılaşacaq. İyulun 28-də “Kasımpaşa” ilə oyun nəzərdə tutulub. Son hazırlıq matçı isə iyulun 30-da Macarıstanın “FC Sopron” klubuna qarşı keçiriləcək.
