12 iyul 2013 03:08
Ruslan Abışov üçün dostluq matçı (VİDEO)
Rusiyanın “Rubin” klubunun Avstriyada həyata keçirdiyi təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandasına ötən gün istirahət verilib.
Lakin həmyerlimiz və komanda yoldaşları hətta istirahət günündə də futbolsuz qalmayıblar. Onlar gündəlik hazırlıq keçdikləri stadionda ikitərəfli dostluq matçı keçiriblər. Abışov da bu oyunun iştirakçısı olub.
