11 iyul 2013 15:14
Tacikistan yığmasının üzvü AZAL-da
AZAL baxışa yeni futbolçular dəvət edib. Azerisport.az xəbər verir ki, bunlardan biri Tacikistan yığmasının üzvü Sahib Savankulovdu.
Tacik futbolçu artıq AZAL-ın düşərgəsindədi. Baş məşqçi Vaqif Sadıqov onu bu gün “Şuşa” ilə keçirilən yoldaşlıq oyununda sınayıb. Çalışdırıcı qərarını “Rəvan”la oyundan sonra verəcək.
Qeyd edək ki, 24 yaşlı Sahib Savankulov müdafiə xəttində çıxış edir. 2006-2009-cu illərdə Tacikistanın “Vaxş” klubunun formasını geyinən futbolçu 2009-dan Düşənbə “İstiqlal”ının uğurları üçün çalışır. 2008-ci ildən milli komandaya çağırılan Sahib 31 oyunda 1 qol vurub. O, millinin heyətində 2008, 2010 və 2012 illərdə “AFC Challenge Cup”un qalibi olub.
“Təyyarəçilər”in baxışda çağırdığı daha bir futbolçu Əziz Korniyanqdı. O, hətta bu gün baş tutan sınaq matçında qol da vurub.
