11 iyul 2013 15:35
Fərid Quliyev də Türkiyə klubunda!
Azərbaycanda özünə klub tapa bilməyən daha bir futbolçumuz Türkiyəyə üz tutub. Azerisport.az xəbər verir ki, bu, yığma komandamızın sabiq üzvü Fərid Quliyevdi.
Xəbər verdiyimiz kimi, o, AZAL-da baxışda olsa da, bəyənilməyib. Bu üzdən də o, yeni variantları nəzərdən keçirmək məcburiyyətində qalıb.
Əldə etdiyimiz məlumata görə, Fərid Azərbaycanda klub tapa bilmədiyini gördüyündən artıq Türkiyəyə üz tutub. Onun “Mersin İdmanyurdu”nda baxışda olduğu bildirilir. Futbolçumuzun bəyənilib-bəyənilməyəcəyi hələlik qaranlıq qalır.
Qeyd edək ki, Fəridin son iş yeri “Kəpəz” olub.
Qeyd edək ki, Fəridin son iş yeri “Kəpəz” olub.
