11 iyul 2013 17:28
“Neftçi hücumda təhlükəli olsa da, müdafiəsində problemləri var”
Albaniyanın “Skenderbeu” klubunun müdafiəçisi Ditmar Bici Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları dilə gətirib:
“Biz rəqibi yaxşı tanıyırıq. İki il öncə biz “Neftçi” ilə yoxlama oyunu keçirmişdik. Güclü komanda olduğunu düşünürəm. Amma keçilməz olduqlarını hesab etmirəm. Hətta mən deyərdim ki, bizim üçün mümkün varianlat arasında ən yaxşısı elə “Neftçi” və “Debrecen” idi. Rəqibimizin bizdən fərqli yaxşı büdcəsi var. Bu, çox şeydən xəbər verir. “Neftçi” hücumda təhlükəlidi. Amma müdafiəsində problemlər var”.