12 iyul 2013 18:45
AZAL daha bir rəqib tapdı
Yeni mövsümün hazırlıqlarını davam etdirən AZAL-ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov yetirmələrini Birinci Divizion təmsilçisi “Neftçala” ilə oyunda sınayacaq.
Qarşılaşma iyulun 17-də “AZAL Arena”da baş tutacaq. Bundan 4 gün əvvəl isə AZAL “Rəvan”la üz-üzə gələcək. Bu oyun “Bayıl Arena”da keçiriləcək.
Qeyd edək ki, AZAL bundan öncə “Rəvan”a 3:0 hesabıyla qalib gəlib, “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb, “Şuşa”nı 9:1 hesabıyla darmadağın edib.
