12 iyul 2013 11:02
Bakının 8:0-lıq qələbəsi (VİDEO)
Avstriyada keçirilən təlim-məşq toplanışını davam etdirən “Bakı” ötən gün növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, ikinci yoxlama oyununa çıxan Milinko Pantiçin komandası Şteynfild şəhərində keçirdiyi ikinci yoldaşlıq oyununu da böyükhesablı qələbə ilə başa vurub.
SV Penik – Bakı – 0:8 (0:5)
Qollar: 0:1 Horvat (1). 0:2 R. Abdullayev (5), 0:3 R. Abdullayev (14), 0:4 Fomenko (31), 0:5 Martinez (41), 0:6 R. Əliyev (56), 0:7 Ələsgərov (69), 0:8 Kalonas (81)
Bakı: Nuredinoski (Mirzəzadə, 45), E.Əliyev (Çesnauski, 60), R.Abdullayev (Junior, 45), Əsgərov (Mədətov, 68), Trauner, Quliyev (Ələsgərov, 45), Ristoviç (Şoliç, 50), Horvat (V.Abdullayev, 45), Martinez (Kalonas, 55), Bəybalayev (E.Hüseynov, 63), Fomenko (R.Əliyev, 45).
