12 iyul 2013 11:13
Piastın baş məşqçisi: Qarabağ bizə uduzmağa hazırlaşmır
Polşanın “Piast” klubunun baş məşqçisi Marçin Broş Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:
“Biz rəqibə böyük hörmətlə yanaşırıq. Bilirik ki, “Qarabağ” bizə məğlub olmağa hazırlaşmır. Bizi çox ciddi qarşılaşma gözləyir. “Piast” bu cütün favoriti deyil. Çünki klubumuz ilk dəfə avrokuboklarda mübarizə aparmaq hüququ qazanıb. Biz özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.
