12 iyul 2013 11:35
UEFA İnteri sevindirdi
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçirilməli olan Bakı “İnter”i ilə Norveç “Tromse”si arasındakı ilk oyunun keçirilmə yerini dəyişib. Azerisport.az xəbər verir ki, paytaxt klubu püşkatmaya görə norveçlilərlə ilk oyunu Bakıda, cavab görüşünü səfərdə keçirməli idi.
Lakin UEFA-nın son qərarına əsasən, “İnter” ilk oyunu səfərdə keçirəcək. Belə bir qərarın qəbul olunması iyulun 18-də Bakıda daha bir Avroliqa matçının keçirilməsidi. Belə ki, həmin gün “Qarabağ” da doğma divarlar arasında Polşanın “Piast” klubunu qəbul edəcək. UEFA-nın qaydalarına görə isə bir şəhərdə eyni gündə iki avrokubok matçı keçirilməməlidi. Bu üzdən də “İnter”in ilk oyununun yerinin dəyişdirilməsinə qərar verilib.
Qeyd edək ki, yeni qərar “İnter” üçün çox böyük şans yaradır. Belə ki, “bankirlər” “Tromse” ilə səfər matçında qənaətbəxş nəticə qazanıb, nöbəti mərhələyə vəsiqəni məhz Bakıda, doğma azarkeşlərinin dəstəyi sayəsində rəsmiləşdirə bilər. Cavab matçı iyulun 25-də Azərbaycanda baş tutacaq.
